22.02.2018

Məktəblərdə “açıq dərs”lər təşkil olunub

Qazax şəhər 1 saylı tam orta məktəbin gənc tarix müəllimi Əliyeva Aidə 7-ci sinifdə “Səlcuq sarayından müstəqil hakimiyyətə ” mövzusunda, Aşağı Əskipara kənd tam orta məktəbin kimya müəllimi Abdullayeva Sevinc 7-ci sinifdə “Oksigenin alınması” mövzusunda  “açıq dərs” keçirilib. Dərsdə məktəb rəhbərliyi, məktəbin fənn müəllimləri və metodistlər iştirak ediblər.

Dərsdə bir neçə fəal təlim üsulundan bacarıqla istifadə edilib. Dərs prosesində şagirdlərin bilikləri müstəqil mənimsəməsi, onların əməkdaşlıq şəraitində fəaliyyəti xüsusilə diqqətəlayiq olub. Dərsin təqdimat mərhələsində müəllimin qrup şəklində iş üsulundan səmərəli istifadə olunub. Dərsdə əyani vəsaitlərdən geniş istifadə olunub.

Dərs dinləyicilər tərəfindən geniş təhlil olunub və qənaətbəxş hesab edilərək nümunəvi bir dərs kimi qeyd edilib.

  

  

 


Açar sözlər: ,  ,