22.02.2018

Hərbi məktəblərə qəbul üçün təbliğat işləri aparılıb

     Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının ümumtəhsil məktəblərinin rəhbər heyəti, hərbi rəhbər - gənclərin çağırışaqədərki hazırlığı üzrə fənn müəllimləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə 20 fevral 2018-ci il tarixdə Şəmkir şəhər N.Gəncəvi adına tam orta məktəbdə görüş keçirilmişdir.

     Tədbirdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinə 2018-ci ildə qəbul şərtlərinin çatdırılması, hərbi məktəblərə qəbul qaydaları ilə əlaqədar təbliğat və izahedici işlər aparılmış, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.