21.02.2018

“Təhsildə keyfiyyət ili” ilə əlaqədar Qazax rayonunun ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə monitorinqlər aparılıb

2017-2018-ci dərs ili ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan edilməsi ilə əlaqədar Qazax rayonunun ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənlərin tədrisi vəziyyətinin öyrənilməsi, təlimin təşkilində fənn müəllimlərinə lazımı metodiki köməklik göstərilməsi üçün tədris ilinin I yarımilində rayon Təhsil Şöbəsinin metodistləri və qabaqcıl fənn müəllimlərindən ibarət yaradılmış işçi qrupu tərəfindən ümumtəhsil məktəblərində  bütün fənlər üzrə 207 dərs keyfiyyət baxımından qiymətləndirlimiş, təhlillər aparılıb.

Dərs dinləmələri zamanı müasir dərsin təşkilinə verilən tələblərin gözlənilməsi, fənn müəllimlərinin təşkilati və tərbiyəvi fəaliyyəti, təlim fəaliyyəti, şagirdlərin təlim fəaliyyəti izlənilmiş, fənn müəllimlərinə metodiki köməklik göstərilmişdir. Məktəblərin nöqsan və nailiyyətlərində müəllimlərin rolu müəyyənləşdirilib.