21.02.2018

Qazax şəhər məktəb-liseydə Xocalı faciəsinin 26-cıil dönümü qeyd olunub

Tədbir dövlət bayrağının gətirilməsi ilə başlanmışdır. Sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.  Tədbirdə  IX, X sinif şagirdləri vətənpərvərlik ruhunda bəstələnmiş şer və mahnılar ifa etmişdilər. Tədbir yüksək səviyyədə təşkil olunmuşdur. Zalda əyləşən şagird, müəllim və valideynlərə video görüntülər təqdim edilmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Tahirə Comərdova Xocalı soyqrımı zamanı dünyasını dəyişmiş soydaşalarımıza rəhmət dilədi. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisyadan təsirlənərək , qanlı faicəni törədənlərin layiqli cəzlar alacağına inamını ifadə etdi. Şagirdlərə başımıza gətirilən taixi faciələri unutmamağa, torpaqlarımızın azadlığı uğrunda vətənpərvər olmağı tövsiyyə etdi. Tahirə müəllimə hər il Xocalı ildönümünü yaxınlaşdıqda bu hadisədən sarsıldığını, günahsız işgəncələrə məruz qalan həmvətənlərimizi ürək ağrısı ilə xatırladığını diqqətə çatdırdı. Şagirdləri mübarizliyə səslədi.

Sonda Qazax RTŞ-nin metodisti İnci Aşırova çıxış edərək Xocalı facisəndə ermənilərin törətdikləri vəhşiliyi bəşəri cinayət adlandırdı. Biz tariximiz dərindən öyrənməli dostumuzu-düşmənimizi yaxından tanımalıyıq. Məktəblərdə bu cür vətənpərvərlik ruhlu tədbirlərin silsilə olaraq davam etdirilməsinin önəmiliyindən söz açdı. Nəzərə alsaq ki, atəşkəs olmasına baxmayaraq müharibə şəraitində yaşıyırıq, torpaqlarımız işğal altındadır, bir milyon soydaşımız öz doğma yurd -yuvasından didərgin düşüb. Odur ki, şagirdlər,  müəllimlər, hər birimiz vətənpərvərlik ruhunda olmalıyıq. Çıxışının sonunda şagirlərə vətənpərvərlik çağrışı etdi.