19.02.2018

Qazaxda “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib

Qazax rayonunda Təhsil Nazirliyinin əmrinə əsasən “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib. 

S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbdə keçirilən müsabiqədə VIII-XI sinif şagirdləri iştirak edib. Müsabiqədə məktəb mərhələsinin qalibi olmuş 56 şagird ədəbiyyat üzrə öz biliyini sınaqdan keçirib.

Qeyd edək ki, müsabiqənin nəticəsi 5 gündən sonra məlum olacaq və qalib olan 1 nəfər şagird respublika turunda iştirak edəcəkdir.


Açar sözlər: ,  ,