23.11.2017

Qazaxda IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Qazax rayonunun məktəblərində təhsil alan IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib. Şəhər 1 saylı tam orta məktəbdə keçirilən imtahanda rayon üzrə 40 məktəbin - 34 tam orta və 6 ümumtəhsil orta məktəblərin şagirdləri iştirak edib.

Sınaq imtahanı Təhsil Nazirliyi tərəfindən “Təhsildə müasir qiymətləndirmənin tətbiqi” ilə bağlı keçirilib.

İmtahanda 513 nəfər şagird iştirak edib. 20 sinif otağında baş tutan imtahan 23 müəllim nəzarəti altında aparılıb. Şagirdlər 2 fəndən – ana dili və riyaziyyat fənlərindən imtahan veriblər. 
 

İmtahanın nəticələri yaxın günlərdə məlum olacaqdır.