10.11.2017

Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür

9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycanın dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət Bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər il 9 Noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi böyük təntənə ilə qeyd olunur.

Respublikanın hər yerində olduğu kimi Qazax rayonunun ümumtəhsil məkttəblərində  də bu əlamətdar gün münasibətilə tədbirlər  keçirilib.